Yaşlı kişini maşın vurub - Şəkidə
Qəzalar
14 Oktyabr 2018 15:02

Faktla bağlı araşdırma aparılır
Ötən gün axşam saatlarında Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, rayonun 1964-cü il təvəllüdlü Qoxmuq kənd sakini Çəbiyev Rövşən Vahid oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı 54 yaşlı R.Çəbiyevin rayonun Baltalı kənd inzibati ərazisində avtomobillə vurularaq ağır xəsarətlər aldığı məlum olub. Ona qapalı kəllə-beyin travması, hər iki aşağı ətrafın baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı və bədənin çoxsaylı əziyi xəsarətləri dioqnozu qoyulub. Yaralı xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1028
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












