Yolu keçmək istəyən iki qadını avtomobil vurub - Balakəndə

Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə günorta saatlarında Balakən şəhər ərazisində baş verib. Balakən rayon sakini idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar, rayonun Qaravəli kənd sakinləri - 2000-ci il təvəllüdlü Əfsanə Ziyaviddin qızı Qurbanova və Fatimə Ramazan qızı Rəsulovanı vurub. Yaralılar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ə.Qurbanovaya qapalı kəllə-beyn travması və beyin silkələnməsi dioqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində, F.Rəsulovanın müalicəsi isə Cərrahiyyə şöbəsində aparılır. Ə.Qurbanova və F.Rəsulovanın yaxın qohum, gəlin-baldız olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












