Yük maşını aşdı: 2 yaralı - Qaxda

Qaxda yük avtomobilinin yoldan çıxaraq aşması nəticəsində iki nəfər xəsarət alıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə oktyabrın 2-dən 3-nə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 87-ci kilometrliyində, Qax rayonu ərazisində baş verib. Zaqatala rayon sakini, 1984-ci il təvəllüdlü Bəxtiyar Fazil oğlu Balayev “Mersedes” markalı yük maşını ilə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı çökəkliyə aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alsa da, onun sərnişini Zaqatala şəhər sakini 1979-cu il təvəllüdlü Rəşadət Məmməd qızı Məmmədova aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (MRX) yerləşdirilib. Xəstəxanadan “Report”a bildirlib ki, Rəşadət Məmmədova hazırda Travmatologiya şöbəsində müalicə olunur. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












