Yük maşını ilə qadın və nəvələrini vuran sürücü tutulub

Ötən gün Bakıda piyada keçidində qadını və nəvələrini vuran yük avtomobilinin sürücüsü Tərlan İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumatda qeyd olunur. Qeyd edək ki, Bakı şəhər sakini 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi “ZİL-130” markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub. Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş, G.Salmanova və A.Məmmədova aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişlər. Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












