Zaqatalada avtomobil yandı: yolda tıxac yaranıb - FOTO
Qəzalar
23 Noyabr 2018 20:23

Faktla bağlı araşdırma aparılır
Zaqatala rayonunda avtomobil yanıb, yolda qısamüddətli tıxac yaranıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib. Mahir İsmayıl oğlu Muradovun idarə etdiyi "Mercedes" markalı 90 UP 119 dövlət qeydiyyatı nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən mühərrikində yanğın baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Avtomobilin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı magistral yolda qısamüddətli tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 937
DİGƏR XƏBƏRLƏR
25 İyun 2026 23:06
Əks yola çıxıb ağır qəza törətdi; dəfələrlə havada fırlandı - FOTO - VİDEO
25 İyun 2026 20:15
Sabirabadda "07" "Nissan"la toqquşdu - Ölən və xəsarət alanlar var - FOTOLAR
25 İyun 2026 19:39
Ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO
25 İyun 2026 16:41
Bakıda AĞIR QƏZA: Vətəndaşlar belə xilas edildi - VİDEO
25 İyun 2026 15:41
Bakıda dəhşətli QƏZA: Sürücünün ayağı qopdu – VİDEO
25 İyun 2026 10:53
Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var - FOTO
24 İyun 2026 11:41
Xankəndidə “Lada” ilə motosiklet toqquşdu - Tələbə xəsarət aldı - FOTO
24 İyun 2026 11:06
"Mercedes" avtobusla toqquşdu: Yaralananlar var - FOTO
24 İyun 2026 10:30
Gəncədə AĞIR QƏZA: Kuryer həyatını itirdi - FOTO - YENİLƏNİB
24 İyun 2026 09:24
Paytaxtda AĞIR QƏZA: ÖLƏN VAR
23 İyun 2026 16:36
Lökbatanda taksi sərnişin avtobusu ilə TOQQUŞUB - VİDEO - YENİLƏNİB
23 İyun 2026 14:46
Motosiklet qəzalarında 5 nəfər ölüb - DYP-dən XƏBƏRDARLIQ
ŞƏRH YAZ












