Zaqatalada yol qəzası olub, xəsarət alanlar var

Zaqatalada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Zaqatala-Muğanlı-Faldar avtomobil yolunda baş verib. Rayonun Muğanlı kənd sakini, 1990-cı il təvəllüdlü Mehman Yaqub oğlu Yusifov “Niva” markalı, "62-BG-866" dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolun döngə hissəsində nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə maşın aşıb. Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər - Muğanlı kənd sakinləri, 1981-ci il təvəllüdlü İsmayıl Yaqub oğlu Yusifov və 1990-cı il təvəllüdlü Mehman Həybullah oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan bildirilib ki, yaralılardan M.Yusifovun xəsarətləri ağır olduğundan müalicəsi Reanimasiya şöbəsində aparılır. İ.Yusifovun və M. İbrahimovun xəsarətləri yüngül olduğundan onlara tibbi yardım göstərilib, sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












