Zaqatalada yol qəzasında ölən və yaralananın kimliyi məlum olub

Zaqatalada baş verən yol qəzasında ölən və yaralananın kimliyi məlum olub. Avtosfer.az "Report"a istinadən məlumatına görə, hadisə dünən axşam, saat 22 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Aşağı Çardaqlar kənd sakini, 1989-cu il təvəllüdlü Emil Şamil oğlu Kahayev idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəbindən maşın yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü E.Kahayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, E.Kahayevin həmkəndlisi, 1997-ci il təvəllüdlü Amid Əhməd oğlu Şabanov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
***00:11
Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha bir nəfər ağır yaralanıb. Hadisə dünən, axşam saat 22 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda olub. Şəxsiyyəti hələlik müəyyənləşməyən şəxsin idarə etdiyi "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Hər iki şəxsin Aşağı Çardaqlar kəndinin sakinləri olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ölən və yaralanan şəxslərin şəxsiyyətini dəqiqləşdirir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Kənar Dairəvi yolda təkəri çıxan yük maşını aşdı - VİDEO
Ağır qəza: “Opel” və “KIA” toqquşdu, bir nəfər yaralandı - VİDEO
Dünən yol qəzasında öldü; bu gün doğum günüdür - FOTO
Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI - FOTO - VİDEO
Tovuzda maşın su kanalına düşdü - Ölənlər var - FOTO
Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ - VİDEO
Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO
Şirvanda “Opel” yol kənarına aşdı, sürücü xəsarət aldı - VİDEO
Prospektdə sürücünün təhlükəli manevri qəza ilə nəticələndi - ANBAAN VİDEO
Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - VİDEO
Dairəvi yolda yük maşını aşdı; tıxac yarandı - FOTO










