Azərbaycanda benzinin qiyməti qalxa bilər - SƏBƏB BUDUR

Son günlər yol vergisinin dövlət büdcəsinə yönləndirilməsi ilə bağlı müzakirələr artıb. İctimaiyyətin diqqəti xüsusilə bu dəyişikliyin avtomobil sahiblərinə və yanacaq qiymətlərinə mümkün təsirlərinə yönəlib. Vergi yükünün strukturunda baş verən dəyişikliklərin həm texniki baxışın qiymətinə, həm də benzinin bazar dəyərinə təsir edib-etməyəcəyi sual altındadır.
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu addım həm avtomobil sahiblərinə, həm də yanacaq bazarına iki əsas istiqamətdə təsir göstərəcək. Ekspert ilk olaraq avtomobillərin texniki baxışının qiymətinin gələn ildən təxminən 2,5 dəfə artacağını vurğulayıb. Onun sözlərinə görə, bu, avtomobil sahibləri üçün ciddi əlavə xərc yaradacaq:
“Texniki baxışın qiymətinin 2,5 dəfə artması kifayət qədər ciddi yükdür. Avtomobil sahibləri üçün əlavə xərc formalaşacaq.”
Yanacaq qiymətlərinə gəlincə, Natiq Cəfərli bildirir ki, benzinin qiymətində nəzərəçarpacaq artım gözlənilmir. Çünki hazırkı dəyişikliklər bir ton üçün hesablanmış vergi artımıdır və onun əhəmiyyətli təsiri olmayacaq:
“Vergilərin artması bəzi təsirlər yarada bilər, amma hazırda benzinin qiymətinə böyük təsir göstərəcək həcmdə deyil. Çünki bizdə qiymətə əsas təsir edən amil vergi yox, neftin dünya bazarındakı qiymətidir.”
Ekspert qeyd edib ki, neft qiymətləri hazırda ucuzlaşdığı üçün qonşu ölkələrdə də benzinin qiymətində azalmalar müşahidə olunur:
– Gürcüstanda benzin ucuzlaşıb;
– Türkiyədə də son həftələr ərzində hər litr üzrə təxminən 6 lirə ucuzlaşma qeydə alınıb.
Bu səbəbdən, Natiq Cəfərlinin fikrincə, vergilərin artmasına baxmayaraq, Azərbaycanda benzinin qiymətinin artması üçün əsaslı səbəb yoxdur.
Ekspert əlavə edib ki, bütün hallarda qərar Tarif Şurasından asılıdır:
“Tarif Şurası hansısa qərar verərsə, bu, əlavə yük kimi vətəndaşların üzərinə düşəcək.”/konkret.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












