Azərbaycanda bu hərbiçilərə əlavə pul verilir

Azərbaycanda hərbi qulluqçulara aylıq maaşlardan əlavə müxtəlif pul təminatı növləri verilir.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu əlavələr 1992-ci il yanvarın 1-də müəyyən edilmiş faiz miqdarı normaları məbləğində hesablanır.
Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən aşağıdakı pul təminatı növləri təsdiq edilib:
- zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi;
- bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə;
- elmi ad və elmi dərəcə üçün faiz əlavəsi;
- kursant vəzifəsi üçün əlavə;
- paraşütlə tullanmaq üçün pul mükafatı;
- dalğıc işləri üçün pul mükafatı;
- hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;
- hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;
- hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı;
- dənizçilər üçün pul təminatı;
- döyüş növbətçiliyində olanlar üçün pul mükafatı;
- qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı;
- müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı;
- şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi;
- xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi;
- gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti;
- hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım;
- Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi;
- hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri;
- xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri;
- gündəlik və mənzildə yaşamaq xərcləri;
- səhrada (çöldə) xidmətetmə pulu;
- ev kirayəetmə pulu.
Qeyd edək ki, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və yuxarıda nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...











