Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar

“Əmək pensiyaları haqqında” qanunun 8-ci maddəsinə edilən dəyişikliyə əsasən, əvvəllər qadınlara şamil olunan güzəştli pensiya hüququ hazırda kişilərə də şamil olunur.
Avtosfer.az bildirir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
“Audi” ilə təhlükəli manevrlər edən sürücü evə piyada getdi - VİDEO
Onun sözlərinə görə, qanunun 8.1 maddəsində deyilir ki, valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır:
“Yəni əvvəl qadınlara şamil olunan variant kişilərə də şamil olunur. Amma bir şərtlə, qadın vəfat etdiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən, valideynlik hüququndan məhrum edildiyi və yaxud da nikaha xitam verildiyi üçün uşaq kişinin himayəsinə verildiyi hallarda həmin o 5 illik güzəşt tətbiq olunur. Yəni birlikdə olduqda, təbii ki, ilk növbədə qadın bu məsələlərdə prioritet olaraq önə çəkilir. Amma yenə də qeyd etdiyim kimi, həyat yoldaşı olan qadın vəfat edirsə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən, qadın valideynlik hüququndan məhrum edilirsə və yaxud nikaha xitam verilir və uşaqlar da kişinin himayəsinə verilirsə, o hallarda, bəli, kişilərə də şamil olunur və beş və daha çox uşağı olan və yaxud əlilliyi olan uşağı olan kişi övladını təkbaşına böyütdükdə 5 il azaldılmaqla yaşa görə güzəştli əmək pensiyası hüququ yaranır. Yəni 60 yaşından çıxa bilir”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












