Benzin və dizelin qiymətinin artacağı ilə bağlı yayılan fikirlərə NÖQTƏ QOYULDU - AÇIQLAMA

“Luqansk və digər Rusiyanın işğal etdiyi bölgələrdə yanacaq böhranı yaşanması Azərbaycanda benzinin qiymətinə təsir göstərməyəcək”
Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev açıqlamasında səsləndirib.
Ekspert bildirib ki, Ukraynanın Rusiya neft emalı zavodlarına təşkil etdiyi dron hücumları səbəbindən son vaxtlar bu ölkədə yanğınlar baş verir və beləcə yanacaq qıtlığına gətirib çıxarır:
“Bunun Azərbaycana təsirləri yoxdur. Azərbaycan Rusiyadan benzin idxal etmir. Ona görə də ölkədə yanacaq qıtlığına və qiymətlərə təsir etməyəcəyini düşünürəm”.
Ekspertin sözlərinə görə, dünya bazarında belə hadisələr müəyyən təşviş yaradır və neft məhsullarının qiymətində dalğalanmalara səbəb olur:
“Əslində bu, real dəyişiklik deyil. Yaranan ajiotaj nəticəsində qiymətlər təlatumlu olur. Amma Azərbaycanın yanacaq bazarına birbaşa təsiri yoxdur. Ona görə də ölkədə benzinin və dizelin qiymətinin artacağı ilə bağlı fikirlərə qatılmıram”, – Mustafayev vurğulayıb.(konkret.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












