Bu müəllimlər imtahana cəlb olunacaqlar

İndiyədək bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmayan dövlət ümumi təhsil müəssisələrinin müəllimləri imtahan olunacaqlar.
Avtosfer.az xəbər verir ki, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər üçün 8-10 sentyabr tarixlərində imtahan təşkil ediləcək.
Diaqnostik qiymətləndirilməyə cəlb edilən müəllimlər üçün proses yalnız test imtahanı mərhələsindən ibarətdir. İştirakçılara 90 dəqiqə ərzində 40 ixtisas üzrə, 20 tədris metodikası və təlim strategiyaları olmaqla 60 sual təqdim ediləcək. Diaqnostik qiymətləndirmədən keçmiş hesab olunmaq üçün hər bölmə üzrə sualların ən azı 10 faizinə düzgün cavab vermək tələb olunur.
Prosesin təşkilində əsas məqsəd müəllimlərin bilik və bacarıqlarını müəyyənləşdirmək, onların peşəkar inkişafına dəstək olmaq və əməkhaqqı artımından yararlanmalarına imkan yaratmaqdır.
Qeyd edək ki, 2013 - 2018-ci illərdə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin, eləcə də gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış və əməkhaqlarında artımlar edilmişdir.
Ötən müddət ərzində sistemdə çalışan bəzi təhsilverənlərin isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmadığından onların əməkhaqlarına artımların tətbiq edilməsi mümkün olmayıb.
8-10 sentyabr tarixlərində təşkil olunacaq imtahanlara indiyədək diaqnostik qiymətləndirilməyə cəlb edilmiş və ya MİQ nəticəsində işə qəbul edilmiş müəllimlər cəlb edilməyəcək.\\modern.az
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












