Bu nişanlar cəriməyə səbəb olur; Sürücü icra hakimiyyətinin etmədiyini özü etdi - VİDEO

Paytaxtın əhalinin sıx yaşadığı rayonlarından biri olan Nizamidə sürücülər hər gün təkrarlanan, lakin çoxlarının diqqətindən yayınan bir problemlə qarşılaşır.
Avtosfer.az xəbər verir ki, Məhsəti Gəncəvi küçəsində yol nişanları budaqların arasında gizlənərək sürücülər üçün ciddi çaşqınlıq yaradır.
Sosial şəbəkələrdə qeyd edilən şikayətə görə, həmin küçədə ağacların sıx budaqları yol nişanlarının üzərini tamamilə örtüb. Sürücülər məcburi hərəkət istiqamətini və ya parklanma qaydalarını müəyyən edən nişanları vaxtında görə bilmir.
Məsələ ilə bağlı sürücülərdən biri vəziyyətin ciddiliyini belə ifadə edir: “Hər gün bu yoldan istifadə edirəm. Nişanın yerini əzbər bildiyim üçün problem yaşamıram, amma şəhərə bələd olmayan biri üçün bu əsl tələdir. Bir dəfə dözməyib maşından düşdüm, əlimin çatdığı budaqları kəsdim ki, heç olmasa nişanın bir hissəsi görünsün. Amma yuxarıdakı budaqlara gücüm çatmadı”.
Qeyd edək ki, bu problem təkcə Məhsəti Gəncəvi küçəsinə xas deyil. Paytaxtın bir çox ərazisində oxşar mənzərəyə rast gəlmək mümkündür. Yay mövsümündə daha çox yaşansa da bu gün də sıxlaşan ağac budaqları nişanları görünüş məsafəsini xeyli azaldır. Bu isə sürücülərin diqqətini yayındıraraq onları məcburi qayda pozuntusuna sövq edə bilər. Ani tormozlama, gözlənilməz manevrlər və ya yanlış zolağa daxilolma kimi hallar məhz belə kiçik bir səhlənkarlığın nəticəsi olaraq qəza şəraiti yaradır.
Fidan
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












