Süni intellektin dəhşətli üzü - Cinayət alətinə çevrilib?

ChatGPT ilə yazışaraq cinayət törədən Xaçmazın Qadaşoba kəndində baş vermiş qətl hadisəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. 16 yaşlı yeniyetmənin anasını qətlə yetirməsi və hadisədən əvvəl ChatGPT ilə yazışdığı barədə məlumatlar süni intellektdən mümkün sui-istifadə məsələsini yenidən gündəmə gətirib. Məhkəmənin hökmü ilə yeniyetmə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Anasını necə öldürəcəyini "ChatGPT"dən soruşub - Azərbaycandakı qətlin təfərrüatı
Süni intellektdən sui-istifadə cinayət planlamasında yeni bir tendensiya kimi qiymətləndirilə bilərmi? Belə hadisələrin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının hansı qabaqlayıcı tədbirləri olmalıdır?
Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı Konkret.az-ın suallarını cavablandıran kriminoloq Teymur Baloğlanov deyib:
“Artıq TikTok-da və ya digər sosial şəbəkələrdə İnzibati Xətalar Məcəlləsinə “Xırda xuliqanlıq” maddəsi ilə bağlı bloggerlərin, eləcə də digər şəxslərin nalayiq çıxışları olarsa, eyni zamanda mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlara görə müəyyən cəza və cərimələr tətbiq olunur. 500 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq”.
Kriminalistin sözlərinə görə, sosial şəbəkələrdə xoşagəlməz paylaşımlar olduqda, hətta platforma özü belə təklif edir ki, “bununla razısanmı, səni narahat edirmi?” Süni intellektin yayğın olduğu bir zamanda cinayətə meyilli insan öz düşüncə tərzinə görə ondan istifadə edir və ChatGPT də bir alqoritmdir, problemin həlli üsullarını qarşısındakı insanın fikirlərinə uyğunlaşdırıb inteqrasiya edir.
“Bu gün nəinki yeniyetmələr, hətta yaşlı nəslin nümayəndələri də telefondan asılı vəziyyətə düşüb. Belə hadisələrin qarşısını almaq üçün təbii ki, ilk növbədə valideynlər ayıq-sayıq olmalıdır. Süni intellektdən istifadə edərək cinayət törədən yeniyetmənin psixologiyasında problem yaranmış ola bilər. Ümumiyyətlə, belə məsələlərdə təkcə hüquq-mühafizə orqanları ilə yanaşı, fərdi şəxslər də ayıq olmalı, sosial şəbəkələrdə artan bu problemləri gözardı etməməlidir”.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












