Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunbu. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır.
Avtosfer.az-ın məlumatına görə, sözügedən məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov xatırladıb ki, sözügedən dəyişiklik 2026-cı ilin fevralında Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.
O bildirib ki, 2027-ci ilin fevralınadək minimum əməkhaqqıya yenidən baxılacaq:
"Məhz bu konteksdə minimum əməkhaqqının artacağı gözlənilir. Çünki bu, Əmək Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindəndir. Sosial təminat tədbirləri çərçivəsində müntəzəm olaraq minimum maaşların və digər sosial ödənişlərin artmasını müşahidə edirik. Son altı ildə həyata keçirilən beş sosial paketin də əsas istiqaməti artımla bağlıdır. Artımın 2027-ci ilin büdcəsində nəzərdə tutulacağı gözlənilir. Büdcə paketi parlamentə daxil olduqdan sonra konkret rəqəmlər barədə müzakirə aparmaq olar. Eyni zamanda, pensiyaların indeksləşdirilməsi də yanvarda baş verəcək və bu, 2026-cı ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq aparılacaq. 2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu 17 milyard manatdan artıq məbləğin bu sahəyə yönəldiləcəyindən xəbər verir".
Qeyd edək ki, Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manat, yaşa görə minimum əmək pensiyası isə 320 manat təşkil edir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












