MİQ imtahanlarının vaxtı AÇIQLANDI - YENİLƏNİB

2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı tarixlər elan edilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, sabah gün ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla tanış ola bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.
***14:48
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 14 iyuldan etibarən start verilməsi nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli məlumat verib.
O bildirib ki, ölkə üzrə 23 müxtəlif şəhərdə və 56 müxtəlif imtahan mərkəzi hazır vəziyyətə gətirilib: "Bununla da 11 mindən artıq namizədin eyni vaxtda imtahan verməsinə şərait yaradır. Ötən illərdə ibtidai sinif istisna olmaqla, digər bütün fənn və bölmələr üzrə imtahanlar eyni gündə və saatda təşkil olunurdu. Bu imkanlar nəticəsində cari ildə ibtidai sinif üzrə iştirakçılar da eyni vaxt və saatda imtahan verə biləcəklər".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












