Sertifikasiyadan narazı qalan müəllimlərə ARTİ-dən CAVAB

17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikasiya imtahanlarından sonra bəzi təhsilverənlər təqdim olunan suallarla bağlı müxtəlif iradlar səsləndirirlər. Həmin müəllimlərin iddiasına görə, imtahanda onlara ixtisaslarına aid olmayan, riyaziyyat məzmunlu suallar təqdim edilib. Tarix müəllimləri isə kurikulum üzrə sualların həddindən artıq çətin olduğunu və bəzi hallarda düzgün tərtib edilmədiyini bildirirlər.
Avtosfer.az xəbər verir ki, bununla yanaşı, texnologiya müəllimləri də saytımıza müraciət edərək bir sıra suallarla bağlı narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, bəzi suallar kökündən yanlış qurulduğundan həmin sualların birmənalı şəkildə ləğv edilməsi və məsələyə hüquqi qiymət verilməsi zəruridir.
Redaktor.az məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ) sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, son günlər sertifikatlaşma prosesində bəzi fənlər üzrə test tapşırıqları ilə bağlı müxtəlif fikirlər səsləndirilir:
"Bildiririk ki, qüvvədə olan qaydalara əsasən, hər bir iştirakçı imtahandan sonra təqdim olunmuş test tapşırıqları ilə tanış olmaq, cavablarını təhlil etmək və nəticələrlə bağlı narazılığı olduğu halda bir ay müddətində apellyasiya müraciəti etmək hüququna malikdir.
Hazırda daxil olan apellyasiya müraciətlərinə müəyyən edilmiş prosedurlara uyğun qaydada baxılır. İstifadə edilmiş sual tapşırıqlarının müvafiq fənn və metodika mütəxəssisləri tərəfindən təhlili davam etdirilir. Qeyd edək ki, test nəticələri sualların etibarlılığını, çətinliyini, uyğunluğunu və digər göstəricilərini araşdıran psixometrik təhlillərə müvafiq şəkildə qiymətləndirilir.
Apellyasiya müraciətlərinə baxılması prosesi başa çatdıqdan və nəticələr qiymətləndirildikdən sonra sertifikatlaşdırma ilə bağlı ictimaiyyəti maraqlandıran məsələlərə dair ətraflı məlumat təqdim olunacaq".
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












