Sovet dövründə iş stajınız varsa... - Pensiyaçılara şad xəbər

Azərbaycanda pensiya təminatı ilə bağlı müzakirələr fonunda Sovet dövründə çalışmış vətəndaşların iş stajının pensiya hesablanmasına təsiri yenidən aktuallaşıb. Xüsusilə, yaşlı nəslin bir hissəsi hesab edir ki, SSRİ illərində uzun müddət işləmələrinə baxmayaraq, aldıqları pensiya həmin əmək fəaliyyətini tam əks etdirmir. Bu səbəbdən sovet dövrü stajının yenidən qiymətləndirilməsi və pensiyaların artırılması məsələsi ictimai müzakirələrdə tez-tez səsləndirilir.
Bəs, Azərbaycan pensiyaçıları üçün Sovet dövründəki iş stajının tanınması və pensiya artımı gələcəkdə mümkün ola bilərmi?
Avtosfer.az bildirir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Konkret.az-a açıqlamasında bildirib ki, əslində milli pensiya sistemi formalaşdırılarkən həmin dövrdəki əmək fəaliyyəti müəyyən formada nəzərə alınıb.
“2006-cı ildə sığorta stajı mexanizminin yaradılması ilə bağlı qanunvericiliyin əsasları müəyyən edilərkən “Əmək pensiyaları haqqında” qanunda SSRİ dövründə çalışmış Azərbaycan vətəndaşlarının iş illəri üçün xüsusi yanaşma tətbiq olunub.
Həmin dövrdə işlənilən hər il üçün vətəndaşların pensiya kapitalına 307 manat sığorta məbləği əlavə edilib. Bu məbləğ iş stajının illərinə vurularaq 2006-cı ildə fərdi hesabda pensiya kapitalı kimi qeydə alınıb.
Misal üçün, əgər vətəndaşın Sovet dövründə 25 il iş stajı olubsa, bu illər 307 manata vurularaq 7 675 manat həcmində vəsait onun pensiya kapitalına əlavə edilib. Sonrakı illərdə isə həmin məbləğ inflyasiya nəzərə alınmaqla mütəmadi indeksləşdirilib”, — deyə Rəşad Həsənov bildirib.
Ekspert vurğulayıb ki, mövcud sistemdə Sovet dövründə işləyən şəxslərin əmək fəaliyyəti tamamilə nəzərə alınmamış sayılmır.
“Bununla belə, 307 manatlıq baza məbləğinin nə dərəcədə ədalətli olması ayrıca müzakirə mövzusu kimi qalır. Hazırkı qanunvericilik bu məsələni müəyyən çərçivədə tənzimləyir”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












