160-a yaxın elektriklə çalışan avtobus alındı - RƏSMİ

Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq və yaxın günlərdə ölkəyə gətiriləcək.
Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aidə Bədəlova Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan karbon emissiyalarının azaldılmasına dair öhdəlik götürüb:
“Biz insanları dayanıqlı nəqliyyat vasitələrindən istifadəyə yönəldirik. Məqsədimiz şəxsi maşınların 30-40 faiz azaldılmasıdır. İnsanların ictimai nəqliyyatdan istifadə etməsini istəyirik. Yaxın 1-2 km məsafə üçün taksidən istifadəni məhdudlaşdırmağa çalışırıq.
Bundan başqa, biz smart texnologiyaların inteqrasiyası üzərində çalışırıq. Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq və yaxın günlərdə ölkəyə gətiriləcək. Bununla da ümid edirik ki, qarşımıza qoyduğumuz hədəflərə çatacağıq”, - deyə o bildirib.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.
Azərbaycanda yeni agentlik yaradıldı - Prezidentdən FƏRMAN
Bakıda iki ünvanda minib-düşmə yeri yaradıldı - FOTO
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Prezidentdən deputatla bağlı SƏRƏNCAM
Daha 3 ünvanda minib-düşmə yeri yaradıldı - FOTOLAR
Bu sürücülərin taleyi həkimin əlindədir; mənfi rəy vəsiqədən məhrum edəcək
Gündəlik, aylıq və illik biletlər: Avtobus və metroda yeni ödəniş sistemi - VİDEO
Daha bir ünvanda ödənişsiz minib-düşmə yerləri yaradıldı - FOTO
Bakı-Sumqayıt yolunda nəqliyyat axınını azaldacaq YENİ LAYİHƏ - VİDEO
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR










