39 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib, xəttə yeni avtobuslar buraxılıb

Bakı şəhərində sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahat hərəkətinin təmin olunması məqsədilə 39 nömrəli müntəzəm marşrut üzrə dəyişikliklər həyata keçirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a bildirilib ki, sərnişin tələbatı nəzərə alınaraq iyulun 15-dən etibarən Məhəmməd Xiyabani küçəsindən (Yasamal yaşayış massivi) metronun “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən 39 nömrəli marşrutun sxemi dəyişdirilib. Dəyişikliyə əsasən, marşrutun son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsində, Nizami bağı ərazisində təşkil olunub.
Bununla yanaşı, sərnişinlərə daha komfortlu və ekoloji baxımdan daha səmərəli xidmət göstərilməsi məqsədilə 39 nömrəli marşrut üzrə avtobus parkı yenilənib. Xətt üzrə yalnız sıxılmış təbii qaz (CNG) texnologiyası ilə təchiz olunan müasir nəqliyyat vasitələri istismar edilir.
Marşrut üzrə gedişhaqqı əvvəlki kimi 0,60 manat təşkil edir.
AYNA bildirir ki, həyata keçirilən bu cür tədbirlər paytaxtda ictimai nəqliyyatın keyfiyyətinin artırılmasına, sərnişinlərin rahatlığının təmin edilməsinə və ekoloji nəqliyyat həllərinin genişləndirilməsinə xidmət edir.
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












