8 yeni polis sahə məntəqəsi tikilib
Yeniliklər
5 Noyabr 2018 20:14

Yeni polis sahələri polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayacaq
Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizliyin təmin edilməsi, ictimai qaydanın qorunması, baş verə biləcək cinayətlərin qarşısının vaxtında alınması üçün Xocalı rayon Polis şöbəsinin xidməti ərazisində 8 yeni polis sahə məntəqəsi inşa olunub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yeni polis sahə məntəqələri əməkdaşların xidməti şəraitini yaxşılaşdırmaqla yanaşı, polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayacaq. Belə ki, məntəqələr yaradılanadək sakinlər müraciətləri, şikayətləri olanda rayona getmək məcburiyyətində qalırdılar. Lakin indi ərizə və müraciətlərə sahə məntəqələrində baxılacaq.
Namiq
Oxunub : 2138
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












