Abşeron dairəvi dəmir yolu üzrə üç xətt yenilənəcək

Abşeron dairəvi marşrutu üzrə üç dəmiryol xəttində 18 dayanacaq və stansiya tikiləcək və ya bərpa olunacaq.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Abşeron dairəvi marşrutu çərçivəsində vaxtilə mövcud olmuş və hazırda əsasən yük qatarlarının istifadə etdiyi Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan dəmiryol xətlərində aralıq dayanacaqların yaradılması nəzərdə tutulur.
O bildirib ki, həmin istiqamətlər üzrə optimallaşdırma işləri artıq aparılıb və mövcud infrastrukturun yenilənməsi, həmçinin yeni stansiya və dayanacaqların inşası planlaşdırılır:"Belə ki, Zabrat–Maştağa–Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla ümumilikdə 7 dayanacaq və stansiyanın tikintisi və ya bərpası həyata keçiriləcək. Bakıxanov–Binə–Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7 dayanacaq və stansiyanın inşası və ya yenidən qurulması nəzərdə tutulur. Yeni Suraxanı–Hövsan xəttində isə ümumilikdə 4 stansiya tikiləcək və ya bərpa ediləcək".
ADY-nin sədr müavini bildirib ki, bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək: "Məqsəd bu xətləri sərnişindaşıma üçün əlçatan etmək və Abşeron ətrafında dəmir yolu nəqliyyatının imkanlarını genişləndirməkdir".
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












