Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videoları öz maraq dairələrinə uyğun daha dəqiq tənzimləyə biləcəklər. Yeni funksiyalardan biri tövsiyələr bölməsinə xüsusi mətn daxil etməyə imkan verəcək. İstifadəçilər alqoritmə hansı mövzular üzrə daha çox video görmək istədiklərini yaza biləcəklər. Bundan əlavə, "Reels" üçün videoları qiymətləndirməyə imkan verən xüsusi düymələr də əlavə olunacaq. Bu seçimlər istifadəçinin gələcəkdə oxşar məzmunu görüb-görməyəcəyini müəyyənləşdirməyə kömək edəcək. Adam Mosseri qeyd edib ki, hazırda bu funksiyaların bir qismi sınaq mərhələsindədir və rəsmi istifadəyə verilənədək dəyişikliklər edilə bilər.
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA












