Avropa İttifaqı yeni magistral yolu maliyyələşdirir

Avropa Komissiyası avtomagistralın Budapeşt şəhərini Rumıniya sərhədi ilə birləşdirən sahəsinin tikintisinə 265 milyon avro ayırdığını bildirib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Macarıstanın cənub-qərbində, Berettyuyfalu və Nadkereki şəhərləri arasında olan sahədə işlər 2020-ci ilin martında başa çatmalıdır. Bu yer Debretsen şəhərindən keçən M35 avtomagistral ilə birləşəcək. Avropa Komissiyasının məlumatında bildirilir ki, tikiləcək sahə Budapeştlə Rumıniya sərhədi arasındakı məsafəyə sərf olunan vaxta azı 2 saat 40 dəqiqə qənaət etməyə şərait yaradacaq. Avropa İttifaqının regional siyasət məsələləri üzrə komissarı Korina Kretu deyib: “...Macarlar və rumınlar Budapeşt və Buxaresti daha tez və təhlükəsiz birləşdirən bu layihədən ilk bəhrələnən olacaqlar. Lakin yekunda avropalıların hamısı və Avropa iqtisadiyyatı regionun ən yaxşı əlaqəsindən və bu əlaqənin ticarət, turizm və inkişaf üçün müsbət xarici təsirindən tam faydalanacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












