Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi - YENİLƏNİB

Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Qeyd etmək istərdik ki, bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur.
Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir", - deyə əlavə edilib.
DYP-dən o da bildirilib ki, köhnə nömrələrə hər hansı müdaxilə edilməməlidir.
***12:23
Azərbaycanda avtomobil nömrələri ilə bağlı yeni qanun qüvvəyə minib.
Yeni qaydalara əsasən, dövlət qeydiyyat nişanlarında tətbiq olunan “mikroçip” elektron elementi, eləcə də rəqəm və hərflər arasındakı “defis” işarəsi ləğv edilib.
Aparılan dəyişikliklərə əsasən sürücülər bu məsələyə görə inzibati məsuliyyətə cəlb edilməyəcək. Yeni tələblərə əsasən, nömrə nişanları daha sadə və vahid formada hazırlanacaq. /Ajans.az
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












