Avtovağzallara pasportlar verilib

Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov avtovağzalların rəhbərləri ilə görüşərək onlara qanuni şəkildə fəaliyyətlərini davam etdirmək üçün pasportlar təqdim edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportunun zəruriliyi rəsmiləşdirilib.
Avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edilən pasportların təqdimatı zamanı sərnişindaşımada yarana biləcək problemlərə dair fikir mübadiləsi aparılıb, qeyri-qanuni bilet satışının qarşısının alınması, avtobusların avtostansiyalara cəlb olunması və qrafiki kimi məsələlər əsas müzakirə mövzusu olub.
Bundan əlavə, İsmayıllı və Qəbələ avtovağzallarında qeyri-qanuni fəaliyyətlə məşğul olan daşıyıcılarla əlaqədar qabaqcadan tədbirlərin görülməsinə dair Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq dəstəyin verilməsi ilə bağlı tərəflər ilkin razılığa gəlib.
Görüşdə Qəbələ və İsmayıllı avtovağzallarının rəhbərləri iştirak edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












