Azərbaycanda bu qurumların istintaq orqanları birləşir

Azərbaycanda üç qurumun istintaq orqanının birləşdiriləcəyi planlaşdırılır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi nəzdində fəaliyyət göstərən istintaq idarələrindən gedir.
Əsasən büdcənin maliyyə siyasətini həyata keçirən qurumların istintaq strukturlarının birləşdirilərək xarici təcrübədə olduğu kimi vahid istintaq idarəsinin yaradılacağı gözlənilir. Yeni qurumun Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin nəzdində fəaliyyət göstərməsi nəzərdə tutulur.
Bu birləşmənin əsas məqsədi istintaq proseslərində paralelliyi və təkrarlanmaları aradan qaldırmaq, resurslardan daha səmərəli istifadəni təmin etməkdir. Yenilik eyni zamanda, maliyyə və iqtisadi cinayətlərin araşdırılmasında vahid yanaşma tətbiq edərək operativlik və koordinasiyanı gücləndirəcək. Birləşmiş istintaq qurumuna da Baş Prokurorluq nəzarət edəcək.
Hazırda birgə strukturun fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparıldığı bildirilir.
Məlumat üçün deyək ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi də yeni yaradılıb, ötən gün rəis təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin nəzdindəki istintaq idarələri isə əvvəlki kimi ayrıca fəaliyyətini davam etdirəcək.
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA












