Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN

Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan “Təmiz Şəhər” ASC növbəti utilizator - “EcoMetal” şirkətini reyestrdə qeydiyyata alıb.
Avtosfer.az xəbər verir ki, utilizator olaraq nəzərdə tutulan tələblərə cavab verən şirkət Sumqayıt şəhərində fəaliyyət göstərəcək.
Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq və vətəndaşların rahatlığını təmin etmək məqsədilə artıq Bakı, Gəncə şəhərləri və Abşeron rayonu ilə yanaşı Sumqayıt şəhərində də nəqliyyat vasitələri utilizasiyaya qəbul olunacaq.
Qeyd edək ki, ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin, proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.

“Tullantılar haqqında” qanunun müddəalarına uyğun olaraq, 2024-cü ilin oktyabr ayından indiyə qədər 23922-dən çox nəqliyyat vasitəsi utilizasiya verilib və proqram çərçivəsində indiyə qədər 1286 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib. Proqram çərçivəsində birdəfəlik ödəniş almaq istəyən ərizəçilərin bank hesablarına isə 1 milyon manatdan çox vəsait köçürülüb.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.
Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir.
Səfər
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












