Azərbaycanda mühəndislik texnologiyaları necə inkişaf etdirilib? – Ekspert RƏYİ

Texnologiyanın inkişafı fonunda yeni layihələrin köhnə yanaşmalarla qiymətləndirilməsi düzgün deyil.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

O qeyd edib ki, son vaxtlar bəzi tikinti və şəhərsalma layihələri ətrafında yaranan müzakirələr əslində texniki problemlərdən deyil, məlumat çatışmazlığından qaynaqlanır. Ekspertin sözlərinə görə, tarixə nəzər saldıqda texnologiyanın necə sürətlə dəyişdiyi aydın görünür:
“Təxminən 180 il əvvəl cəmi 21 metr dərinlikdən neft hasil olunurdu, bu gün isə müasir texnologiyalar və üfüqi qazma üsulları ilə kilometrlərlə dərinliyə enmək mümkündür.
Vaxtilə mümkünsüz hesab edilən mühəndislik həlləri artıq adi praktikaya çevrilib. Onun sözlərinə görə, əvvəllər iki binanın körpü ilə birləşdirilməsi belə mübahisə doğururdusa, bu gün Bakıda həyata keçirilən “Crescent Bay” kimi layihələr müasir yanaşmanın nə qədər dəyişdiyini açıq şəkildə göstərir”.
Ekspert müxtəlif sahələr üzrə rekord göstəriciləri də xatırladıb. Bildirilib ki, Azərbaycanın Saatlı bölgəsində qazılan SG-1 quyusu 8324 metr dərinliyə çataraq tarixi rekordlardan biri hesab olunur. Müasir dövrdə isə daha mürəkkəb texnologiyalar sayəsində minlərlə metr dərinlikdə qazma işləri aparılır. Bundan əlavə, Mingəçevir İstilik Elektrik Stansiyasının 320 metr hündürlüyündə bacaları, Murovdağda inşa edilən 11,7 kilometrlik tunel kimi infrastruktur layihələri ölkədə mühəndislik imkanlarının genişləndiyini nümayiş etdirir.
Şəhərsalma sahəsində də iri miqyaslı layihələrin həyata keçirildiyini qeyd edən ekspert, Bakı Ağ Şəhər layihəsinin 1650 hektar, “Sea Breeze” yaşayış kompleksinin isə 750 hektar ərazini əhatə etdiyini diqqətə çatdırıb.
Rauf Ağamirzəyev hesab edir ki, texnologiya inkişaf etdikcə standartlar da dəyişir və yenilənir. Onun fikrincə, yeni layihələri köhnə təsəvvürlərlə qiymətləndirmək reallıqdan geri qalmaq deməkdir. Müasir şəhərsalma və mühəndislik yanaşmaları daha təhlükəsiz, daha səmərəli və daha dayanıqlı mühitin formalaşdırılmasına xidmət edir.
Eltac Zülfüqaroğlu
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












