Azərbaycanda yeni avtovağzallar istifadəyə veriləcək

Son 10 ildə Azərbaycan ərazisində 17 avtovağzal (avtostansiya) yenidən qurularaq sərnişinlərin istifadəsinə verilib. Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. O qeyd edib ki, hazırda Gəncə Beynəlxalq Avtovağzalı və Cənub avtovağzalı da daxil olmaqla, Naftalan və Neftçalada yeni avtovağzalların bərpa və tikinti işləri davam edir. N.Allahyarova vurğulayıb ki, ümumilikdə ölkə ərazisində 60 avtovağzal (avtostansiya) mövcuddur. Avtovağzalların (avtostansiyaların) əhalinin və ölkəmizə gələn turistlərin rahat və təhlükəsiz daşınmasının təşkilində böyük rol oynadığını vurğulayan N.Allahyarova bildirib ki, bu baxımdan, ölkəmizdə avtovağzal şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görülür. Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilərək Qafqazın ən böyük Nəqliyyat Qovşağı layihəsi reallaşdırılır.
N.Allahyarova əlavə edib ki, şəhərlərarası sərnişindaşımada dispetçer mərkəzinin yaradılması, habelə vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi də diqqət mərkəzindədir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












