Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Azərbaycanda mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına və ya digər xidmətlərin göstərilməsinə görə dövlət rüsumu müəyyənləşir.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, moped sahibləri nəqliyyat vasitəsinin illik qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə 15 manat miqdarında dövlət rüsumu ödəyəcəklər.
Bundan başqa, moped sahibləri digər prosedurlara görə də dövlət rüsumu ödəməli olacaqlar:
Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün - 15 manat:
Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə - 10 manat;
Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə - 40 manat;
Mopedlərin idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 20 manat.
Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün - 30 manat;
Dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 15 manat;
Qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 30 manat.
Həmçinin layihəyə əsasən, mopedlər icbari sığortaya cəlb olunmalıdır.
Qeyd olunur ki, qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutulur.
Xatırladaq ki, layihə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2025-ci il 9 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












