Azərbaycanda yeni vəzifələr yaradılır

Milli Məclis Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılmasını bir oxunuşda təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin fevralın 19-da keçirilən iclasında müzakirə olunan "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Qərarında dəyişikliklər layihəsində öz əksini tapıb.
Sənədə görə, Azərbaycan-Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramid Zakir oğlu Namazov, Azərbaycan-Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eyvaz Daşdəmir oğlu Qurbanov, Azərbaycan-Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülşən Məmmədəli qızı Paşayeva, Azərbaycan-Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərim oğlu Allahverənov təyin ediliblər. (Oxu.az)
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












