Azərbaycanın bütün bölgələrində dayanacaqlar yenilənir - Milyonlarla manat xərclənəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda, eləcə də regionlardakı küçə və prospektlərdə sərnişinlərin ictimai nəqliyyatı rahat gözləmələrini təmin etmək məqsədilə yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması üzrə tender müsabiqəsi elan edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, agentlik nəzərdə tutulan işlərin icrası müqabilində ümumilikdə 3 milyon 654 min 73 manat vəsaitin ödənilməsini planlaşdırır.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində aşağıdakı bölgü üzrə işlərin görülməsi nəzərdə tutulur:
- Bakı şəhəri və Xızı-Abşeron iqtisadi rayonu ərazisində 142
- Gəncə-Daşkəsən və Qazax zonası üzrə 10
- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 8
- Quba-Xaçmaz və Dağlıq Şirvan bölgəsində 22
- Şəki-Zaqatala regionu ərazisində 10
- Lənkəran-Astara zonası üzrə 11
- Naxçıvan Muxtar Respublikası ərazisində 80
- Şirvan-Salyan və Mil-Muğan ərazilərində 6
- Mərkəzi Aran rayonları ərazisində isə 11 yeni dayanacağın yaradılması planlaşdırılır.
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












