Babək prospektində tıxaca çarə tapıldı - VİDEO

Yeni salınan və uzunluğu 1310 metr olan yolda asfaltlanma işi yekunlaşıb, işıq dirəkləri və bordürlər qoyulub. Əraziyə cəlb edilən çoxlu sayda işçi və texnika vasitəsi ilə son tamamlama işləri aparılır. Görüntülər bir neçə aydır tikintisi aparılan Kənar Dairəvi yolla Şərifzadə küçəsini birləşdirən yeni yoldandır. Bu yolun çəkilməsi ilə paytaxta giriş və çıxış rahatlaşacaq. Artıq yeni yolda salınan 180 metr uzunluğundakı üstü açıq tunel tam hazırdır, indiki vəziyyətdə onun kənarında abadlıq işləri aparılır.
Paytaxdakı sıxılığı azaltmaq üçün bir digər addım isə Babək prospektində atılıb. Prospektin yenidən qurulması çərçivəsində burada üzü şəhər istiqamətində hərəkət edən sürücülərin Bəkir Çobanzadə küçəsinə keçidini təmin etmək üçün yeni yol salınıb.
Qeyd edək ki, hazırda bu yoldan isitifadə edən sürücülər də kifayət qədər çoxdur.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










