Bakı Beynəlxalq Avtovağzalında gözlənilən yeniliklər

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBA) yeniliklər tətbiq olunub və bundan sonra da sərnişinlərin rahatlığının təmin edilməsi üçün digər yeniliklər tətbiq olunacaq. Bunu Avtosfer.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. N.Allahyarova bildirib ki, artıq avtovağzalda kassalar sərnişinlərin gözləmə zalarına yaxınlaşdırılıb: “Əvvəl kassalar sərnişinlərin gözləmə zallarından aralı yerləşdirilmişdi, indi isə gözləmə zallarının yanındadır. Kassaların üzərində də məlumat lövhələri yerləşdirilib. Lövhələrdə nəqliyyat vasitələrinin hərəkət cədvəli, beynəlxalq və şəhərlərarası avtobuslarda əl və baqaj yüklərinin aparılma qaydası və başqa məlumatlar əks olunur. Məlumatlar Azərbaycan, rus və ingilis dillərindədir”. O vurğulayıb ki, yaxın zamanlarda daha fərqli məlumat lövhələri də quraşdırılacaq: “Həmin lövhələrdə maarifləndirici məlumatlar, hansı hallarda "qaynar xətt"ə müraciət edilməsi, daşıyıcı şirkətin və sürücünün vəzifə və öhdəlikləri, müntəzəm marşrutların hansı rayonlardan keçərək təyinat nöqtəsinə çatması göstəriləcək. Yəni sərnişinlər lazım olan bütün məlumatları lövhələrdən əldə edə biləcəklər”.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












