Bakı-Gəncə sürət qatarının fəaliyyətə başlayacağı tarix və özəllikləri açıqlandı

Bakıdan Gəncə istiqamətində işləyəcək sürət qatarının sınaq hərəkəti həyata keçirilib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, dekabrın 24-də keçirilən sınaq hərəkəti zamanı Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanov da qatarda olub. Onun sınaq hərəkətinə bilavasitə rəhbərlik etdiyi bildirilir. Əldə etdiyimiz məlumata görə, sürət qatarının açılış mərasimi dekabrın 29-da baş tutacaq. Mərasimdə Milli Məclisin deputatları, KİV nümayəndələri, QHT rəhbərlərinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, ölkə prezidentinin də açılış mərasiminə qatılacağına dair məlumatlar yayılıb.
C.Qurbanovun mətbuata verdiyi məlumata görə, Bakı-Gəncə sürət qatarları ikimərtəbəlidir: “Fərqlənməsi də ondan ibarətdir ki, bu qatarlarda xüsusi VİP və biznes-klasslar var. Həm aşağı səviyyəli klasslarda olan vaqonlar var. Hər vaqonda quraşdırılmış soyuducular mövcuddur. Vaqonların baş tərəfində kiçik də olsa mətbəx formasında yer var. Burada ayaqüstü yeməklərin verilməsi nəzərdə tutulub. Eyni zamanda vaqonlar “wifi” ilə də təmin ediləcək. İnsanların rahatlığı üçün komfort yaradılacaq. Sürətə gəlincə isə biz artıq 159 kilometr sürəti sınaqdan keçirmişik. Qatarların maksimal sürəti saatda 300 kilometrə qədərdir. Ancaq Azərbaycan dəmiryollarının bugünkü imkanlarına görə biz onu maksimum 160 kilometr/saata qədər sınaqdan keçirə bilərik. Hələ ki yollarımızın kənarları tam bağlanmayıb və ölkənin hər yerində təhlükəsizliklə bağlı işlər görülməyib. Ona görə də sürətin bir o qədər qaldırılması mümkün deyil. Lakin get-gedə, işlər görüldükcə biz bu sürəti qaldırmağa çalışacağıq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












