Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - FOTO

"Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni Bakı-Laçın müntəzəm avtobus reysi təşkil edilib.
AYNA-dan Avtosfer.az-a bildirilib ki, bu gündən fəaliyyətə başlayan Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edir.
Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək. Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib.
Marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80 AZN müəyyən edilib.
Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək














