Bakı metrosunun daha 4 stansiyasında musiqi və ingilis dilində səsləndirmə olacaq

Avtosfer.az-ın məlumatına görə, metronun 4 stansiyasında sərnişinlərə bildirişlər musiqi parçası ilə birlikdə iki dildə səsləndiriləcək.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Report”a açıqlamasında faktı təsdiq edib. Onun sözlərinə görə, bununla da musiqi parçası səsləndirlən stansiyaların sayı 24-ə çatıb: “İndiyə qədər bizim 25 stansiyadan 5-də musiqi və səsləndirmə yox idi. Onlar “Avtovağzal”, "Memar Əcəmi" (Bənövşəyi xətt) stansiyası, “Cəfər Cabbarlı”, “Şah ismayıl Xətai” və “Bakmil” stansiyalarıdır. Artıq bu gündən “Bakmil” istisna olmaqla 4 stansiyada həm musiqi var, həm də Azərbaycan və İngilis dilində stansiya adları və anonslar verilir”.
“Metropoliten” sözçüsü səslənən musiqi parçalarının hansı əsərlərdən olduqlarını da açıqlayıb: “Şah İsmayıl Xətai” stansiyasında Fikrət Əmirovun “1001 gecə” baletindən “Cəfər Cabbarlı” stansiyasında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”ndan, “Avtovağzal” stansiyasında Üzeyir Hacıbəyovun “Arazbari”sindən, "Memar Əcəmi" (Bənövşəyi xətt) stansiyasında isə Rauf Hacıyevin “Leyla”sından fraqment səslənir”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












