Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yolun asfalt örtüyü bərbad vəziyyətdədir.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, hazırda qeyd olunan avtomobil yolunun Bakı istiqamətində ayrı-ayrı hissələrində cari təmir işləri aparılır. Yolun istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə cari təmir tədbirlərinin digər hissələrdə də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
"Bununla yanaşı, müvafiq investisiya proqramı çərçivəsində sözügedən avtomobil yolunun əsaslı təmirinin həyata keçirilməsi planlaşdırılır", - deyə məlumatda qeyd edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












