Bakıda avtobusların yerinə minibuslar olacaq? - AÇIQLAMA

Bakının tıxac probleminə qarşı hər zaman müxtəlif təkliflər səsləndirilir.
Bu təkliflərdən biri də qardaş Türkiyə modelidir. Daha dəqiq desək, bəzi ekspertlər tıxac problemini azaltmaq üçün Türkiyədə olduğu kimi minibusların istifadəyə verilməsini təklif edirlər.
Onlar bu yolla həm tıxacların azalacağını, həm də sərnişinlərin qısa məsafədə olan yerlərə daha tez çatacağını düşünürlər. Lakin minibus təklifinə qarşı çıxanlar da az deyil.
Maraqlıdır, Azərbaycanda minibuslar istifadəyə verilə bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, Azərbaycanda minibus təcrübəsi olub, amma özünü doğrultmayıb:
“Əslində, bizim Sumqayıt, Gəncə, Mingəçevir və ya Lənkəran kimi böyük şəhərlərimizdə tıxac problemləri yaşanmır. Paytaxt Bakıda artıq çox uzun illərdir ki, tıxac böyük bir problemə çevrilib. Lakin minibus prtaktikasını Bakıya daşımaq çıxış yolu deyil.
Bu, şəhəri hərəkətsiz bir duruma salar. Nəzərə almaq lazımdır ki, şəhər kifayət qədər tıxaclaşıb. Biz əgər “manatlıq taksilər”in qarşısını almaq istəyiriksə, onda dolmuş sisteminə keçid etməliyik. Çünki minibusların yenidən Bakıya daşınması çox ciddi bir problemlərə gətirib çıxaracaq”.
Ekspert qeyd edib ki, onsuz da hazırda paytaxtda avtobusların hərəkəti kifayət qədər çətindir:
“Hərçənd ki, avtobuslar üçün xüsusi zolaqlar da ayrılıb. O yol zolaqlarını da minibuslarla doldursaq, onda bizi nə gözləyəcək? Əksinə, bu gün həmin zolaqlara “manatlıq” və ya digər taksilər daxil ola bilmirlər.
Avtobuslarımız, ictimai nəqliyyat yenə də tıxacda qalır. Bu, həll yolu deyil. Lakin minibus sisteminin əvəzinə metrobus və tramvay tətbiq edə bilərik. Tramvayları tətbiq etsək, onda daha üstün imkanlara gəlib çıxa bilərik. Bakını tıxaclardan xilas eləməyəni yolu tramvaylardır”.
Mütəxəssisin sözlərinə görə, sərdişindaşımanın təşkili ilə bağlı hədəf varsa, minibus və ya metrobus istifadəyə verilə bilər:
“Amma Bakı dolmuş və çökmüş şəhərdir. Urbanizasiyanın təsirindən kifayət qədər çox yüklənmiş şəhərdir. Bakını xilas etməyin çox yolu var, amma bu yol minibus deyil. Hətta bunu etsək belə, yenə də “manatlıq taksilər” fəaliyyət göstərməyə davam edəcək. Çünki “manatlıq taksi” Azərbaycan vətəndaşlarının bir hissəsinin vəziyyətdən çıxış yoludur, güvən yeridir. Düzdür, qanunsuzdur, amma onu qanuna çevirmək lazımdır. Dövlət bunun üzərində işləməlidir.
Hesab edirəm ki, minibuslar “manatlıq taksilər”i belə əvəz edə bilməyəcək. Ona görə ki, taksi 4 nəfəri götürdükdən sonra hərəkətə keçir. Minibuslar isə 15 adamın dolmasını gözləyəcək. Bundan başqa, minibuslar üçün ayrıca dayanacaq da lazımdır.
Bu gün yetərli qədər taksi dayanacaqları belə yoxdur. Çünki belə olan halda taksi dayanacaqları yol infrastrukturunun bir hissəsini zəbt edəcək. Minibusda vəziyyət eynidir. Yəni, minibus qanuni yolla gəlib hansısa bir yol infrastrukturunu zəbt edəcək. Bütün bu səbəblərə görə Bakıda minibusların istifadəyə verilməsinin doğru olacağını zənn etmirəm”.(cebhe.info)
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










