Bakıda daha bir sensorlu svetofor quraşdırıldı

Piyadaların təhlükəsizliyinin təmin edilməsi işləri çərçivəsində daha bir yolda xüsusi sensorlu svetofor qoyulub. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, qurum tərəfindən Salyan şosesi - Bibiheybət qəsəbəsindən keçən hissəsində quraşdırılan svetofor piyadaların, xüsusən də Bakı Ali Neft Məktəbinin yeni kampusunda təhsil alan şagirdlərin yolu təhlükəsiz şəkildə qarşı tərəfə keçməsinə imkan verir. Piyada sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər. Məlumatda bildirilir ki, gələcəkdə paytaxtın digər küçə və prospektlərində də bu tip svetoforların quraşdırılması nəzərdə tutulub. Belə svetoforlar, eyni zamanda, görmə qabiliyyəti məhdud olan şəxslərin də yolu təhlükəsiz keçməsinə imkan verir. Bu kimi svetoforlar, əsasən, hərəkətin intensiv olduğu yollarda quraşdırılır. Belə ki, yolda piyada olmadığı halda svetoforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir. Xatırladaq ki, "Sovetski" layihəsi çərçivəsində salınan yollarda 8 ədəd xüsusi sensorlu svetofor quraşdırılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












