Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq - Gün məlum oldu

Bakıda yeni açılan marşrut xəttinin fəaliyyətə başlayacağı vaxt məlum olub.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.Az-a verilən məlumata görə, 7A və 7B müntəzəm marşrut xətlərinin fəaliyyətə başlaması istiqamətində aparılan işlər yekunlaşıb. Marşrut xətləri iyulun 21-dən istifadəyə veriləcək. Marşrut üzrə "BakuBus" MMC-yə məxsus avtobuslar fəaliyyətə başlayacaq.
7A və 7B müntəzəm marşrut xətlərinə kondisionerli avtobuslar buraxılacaq. Bu avtobuslar "İveco Crealis" və "İveco Urbanway" markalı avtobuslardır.
Avtobuslar 7A marşrut xətti üzrə Bakı Beynəlxalq Avtovağzal Kompleksi - "Əhmədli" metrostansiyası, 7B marşrut xətti üzrə isə Yeni Yasamal qəsəbəsi ("Qismət" şadlıq sarayı) - "Əhmədli" metrostansiyası istiqamətində hərəkət edəcək.
7A və 7B müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq olunacaq. Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi təşkil edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












