Bakıda hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək

Paytaxtın əsas küçələrində hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev özəl olaraq Trend-ə bildirib ki, qarşıdakı aylarda diqqət mərkəzində olacaq daha bir mühüm məsələ nəqliyyatın hərəkətini çətinləşdirən avtomobillərin parklanma qaydalarının pozulması ilə bağlı olacaq: “Agentliyin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil edib və artıq bu yay yol hərəkətinə mane olan yerlərdə parklanma qadağan ediləcək”.
Onun sözlərinə görə, bununla yanaşı, paytaxtda 74 yol kəsişməsində nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihə də icra ediləcək: “Bu çərçivədə müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












