Bakıda kollecə yeni direktor təyin edildi - FOTO

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyin edilən direktor Səbuhi Qurbanov kollektivə təqdim olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Səbuhi Qurbanov bakalavr təhsilini Bakı Dövlət Universitetində riyaziyyat ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə alıb.
O, əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. Daha sonra həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli tam orta məktəbdə direktor vəzifələrində çalışıb, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi kimi fəaliyyət göstərib.
Səbuhi Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Qeyd edək ki, Səbuhi Qurbanov 2025-ci ildən son təyinatadək Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, fevralın 11-də S.Qurbanova direktorun səlahiyyətlərinin müvəqqəti icrası həvalə edilmişdi.

Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA












