Bakıda saatda 50 kilometr limiti: YENİLİKDİRMİ?

Bakıda sürət həddinin hazırki saatda 60 kilometrdən 50 kilometrə endirilməsi yenidən müzakirə mövzusudur. Bəs 60 km/saat limiti nə vaxtdan tətbiq edilir? Paytaxtımızda daha aşağı sürət limitləri olubmu? Yaxın tarixə nəzər salaq.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda ilk dəfə sürət limiti 1929-cu ildə tətbiq edilib. Şəhərdə maksimal sürət 40 km/saat müəyyən edilir. O dövrün maşınları çox çevik olmasalar da, yolun boşluğu bu sürəti keçməyə bəzən imkan verirdi.
1933-cü ildə Bakıda icazə verilən maksimal sürət saatda 50 kilometr müəyyən edildi. Yük maşınlarına limit isə 40 km/saat olaraq qaldı.
50-ci illərin qanunvericiliyində şəhərdə maksimal sürət həddi 50 km/saat göstərilsə də, yaşayış məntəqəsindən kənarda hər şey sürücünün ixtiyarında idi.
1961-ci ildə qəbul olunmuş yeni yol hərəkəti qaydalarında isə şəhərdə maksimal sürət 60 km/saat müəyyən edildi.
1967-ci ildə isə dünyada bənzəri olmayan sürət rejimi ilə tanış olduq: şəhər rejimində qışda 60 km/saat, yayda 50 km/saat. Bu qayda bir müddət işləsə də, bir müddət sonra səssiz-səmirsiz aradan qaldırıldı.
Beləliklə, 1961-ci ildən bu günədək Bakıda maksimal sürət 60 km/saatdır. O dövrdə nəqliyyat intensivliyinin az olduğu vaxtda bu sürət bəlkə də təhlükəsiz idi. Amma hazırki intensivlikdə, xüsusən də piyadaların sıx olduğu ərazilərdə risklidir.
Nəzərə alaq ki, Avropanın əksər şəhərlərində maksimal sürət 30 km/saatdır.
Vüqar Yaşaroğlu
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










