Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək

Bu il Bakıda tramvay şəbəkəsinin yaradılması ilə bağlı işçi layihənin hazırlanması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Bakıda tramvay şəbəkəsinin yaradılması ilə plan ondan ibarətdir ki, ilk növbədə konseptual plandan sonra layihələndirmə mərhələsi həyata keçiriləcək", - deyə R.Hümmətov əlavə edib.
O deyib ki, söhbət peşəkar layihələndirmə şirkəti tərəfindən bütün şəbəkənin, yəni 5 xətt və 3 deponun layihələndirilməsindən gedir:
"Layihələndirmədən sonra biz burada da ümumi planla yanaşırıq. Dünyada bu işi, yəni bu infrastrukturu quran bir neçə aparıcı şirkətlər var. Bunlar həm Çinin, həm Avropanın, həm də digər ölkələrin şirkətləri ola bilər. Ancaq məqsəd tam müfəssəl bir layihə hazırlandıqdan sonra şəffaf bir tender vasitəsilə bizim üçün ən uyğun təklif nə olacaqsa, onun seçilməsidir.
Burada da istisna deyil ki, layihəni icra edəcək qurum öz maliyyə təminatı, ekspertizaları və sair ilə gələ bilər. Bunların heç biri istisna deyil. Biz hazırda növbəti mərhələ kimi bu işçi layihənin hazırlanması mərhələsinə keçirik və bu il ərzində həmin işi görməyi planlaşdırırıq".
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












