Bakıda yeni marşrut xətləri açılacaq - RƏSMİ

Bakı və Bakıətrafı kənd və qəsəbələrdə əhalinin artımı müşahidə edilir. Bu isə nəqliyyata, o cümlədən avtobuslardan istifadəni artırır, yeni marşrut xətləri və avtobuslara zərurət yaradır.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə ictimai nəqliyyata əlçatanlığın artırılması məqsədilə əlavə və qəsəbələrarası xətlərin təşkili nəzərdə tutulur:
“Həm mövcud marşrutlarda avtobusların yenilənməsi, həm də yol infrastrukturu nəzərə alınaraq xətlərdə dəyişiklik edilir və əlçatanlığın artırılması təmin olunur. Həmçinin yol infrastrukturunun vəziyyətinə və sərnişin tələbatı nəzərə alınaraq yeni qəsəbədaxili marşrutlar təşkil edilir. Bu istiqamətdə işlərin davam etdirilməsi və Bakı şəhərinin marşrut şəbəkəsinin formalaşdırılması işləri çərçivəsində əlavə yardımçı və qəsəbələrarası xətlərin təşkili nəzərdə tutulub”.
AYNA qeyd edib ki, bir sıra ətraf qəsəbələrdə sıx tikinti və avtobuslar üçün son dayanacağın olmaması çətinliklər yaradır:
“Əsas çətinliklərdən biri yol infrastrukturunun ictimai nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlverişli olmamasıdır. Həmçinin bir çox kənd və qəsəbələrdə tikililərin sıx olması, eyni zamanda nəqliyyat vasitələrinin son dayanacaq etməsi üçün əlverişli şəraitin olmaması müəyyən ərazilərin əlaqələndirməsində çətinlik yaradır”.
Qeyd olunub ki, digər nəqliyyat növlərinin inkişafı ümumilikdə avtomobilləşmənin azalması və nəqliyyat sıxlığına təsiri baxımından müsbət qiymətləndirilir:
“Çeşidli sərnişindaşıma nəqliyyatının inkişafının ümumilikdə avtobus nəqliyyatına müsbət təsirləri olacaq. Bu kimi hallarda ictimai nəqliyyat xətlərinin yenidən formalaşması və uyğunlaşması tədricən həyata keçiriləcək”.
Təşkilat əlavə edib ki, avtobuslar sərnişindaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər tərəfindən alınaraq istismar edilir:
“Bu, həm daşıyıcıların keçirilən müsabiqələrə qatılması ilə, həm də istismarlarında olan mövcud xətlərin yenilənməsi ilə həyata keçirilir. Gün ərzində Bakıda 2300 avtobus fəaliyyət göstərir, ilkin hədəf bu sayı 2800-ə çatdırmaqdır".
“BakuBus” MMC-dən bildirib ki, 2025-ci ilin sonunda elektrik avtobus parkına əlavə olaraq 200 ədəd elektrik mühərrikli avtobus alındığını və mərhələli şəkildə marşrut xətlərinə buraxıldığını qeyd edib. Hazırda “BakuBus” MMC-nin avtobus parkında ümumilikdə 1494 avtobus mövcuddur./bizim.media
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










