Bakıda yeni stansiyaların inşası digər tikililərə mənfi təsir edə bilər? - RƏSMİ

Bakıda metro şəbəkəsinin genişləndirilməsi və yeni stansiyaların tikintisi ilə bağlı layihələr böyük maraq doğurur.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, yeni stansiyalar və onlar arasındakı tunellərin layihələndirilməsi üzrə işlərə artıq başlanılıb.
Bununla belə, yeni metro xətlərinin şəhərin mövcud tikililərinə, xüsusilə yaşayış və digər binaların konstruksiyalarına mümkün təsiri ilə bağlı suallar da ortaya çıxır. Xüsusilə yeraltı tikinti işlərinin binaların dayanıqlığına və zəlzələyə davamlılığına təsiri məsələsi sakinlər tərəfəindən maraqla qarşılanır.
"Bakı Metropoliteni" QSC-dən bildirildi ki, yeni metro stansiyalarının və tunellərin layihələndirilməsi və tikintisi qüvvədə olan tikinti norma və qaydalarının, seysmik dayanıqlıq, geotexniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinin nəzərə alınması ilə həyata keçirilir:
"Tikintiyə başlamazdan əvvəl ərazinin mühəndis-geoloji və geotexniki şəraiti, həmçinin yaxınlıqda yerləşən bina və qurğuların mövcud vəziyyəti qiymətləndirilir. Tikinti müddətində yer səthində və ətraf tikililərdə mümkün yerdəyişmələrin nəzarətdə saxlanılması məqsədilə müvafiq geodeziya və geotexniki monitorinq tədbirləri həyata keçirilir. Layihə və tikinti həlləri ətraf tikililərin təhlükəsizliyinə və dayanıqlığına mənfi təsirlərin qarşısının alınması prinsipi əsasında müəyyən edilir".
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












