Bakıdakı bu zolaq maraqla qarşılandı - FOTO

Yasamal rayonunun Abbasqulu ağa Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə çıxışda üzərində həm piyada, həm də velosiped nişanı olan yeni zolaq istifadəyə verilib. Sözügedən zolağın kimlər üçün nəzərdə tutulduğu, təhlükəsizlik qaydalarının necə tənzimlənəcəyi suallar yaradıb.
Avtosfer.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Trend” bildirilib ki, zolaq piyadaların və mikromobillik vasitələri istifadəçilərinin müştərək istifadəsi üçün yaradılıb. Sözügedən hissədə səki olmadığı üçün piyada keçidindən keçənlər hərəkətlərini həmin zolaqla davam etdirə bilərlər.
Qurumun məlumatına görə, bu, səkinin təşkilinə kimi müvəqqəti həll yoludur: “Piyada zolağının təşkilindən əvvəl də vətəndaşlar həmin yol sahəsindən aktiv istifadə edirdilər. Yaxınlıqda məktəb yerləşdiyi üçün günün müəyyən vaxtlarında buradan bir saat ərzində 1000 nəfərə yaxın piyada keçid kimi istifadə edir. Vyana, Sürix, San-Fransisko, Melburn, Tallin, Praqa kimi müasir infrastruktura malik şəhərlərdə bu təcrübədən geniş istifadə edilir. Mikromobillik istifadəçiləri yolun həmin hissəsində piyadalara yol verərək hərəkət etməlidir”.

Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












