Bakıya 300 yeni avtobus GƏTİRİLİR

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında şəhər nəqliyyatının təkmilləşdirilməsilə bağlı göstəriş verib: Ölkə başçısı qeyd edib ki, bu il şəhərə əlavə 300 yeni müasir avtobus gətiriləcək: “Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir”. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda bu avtobusların gətirilməsi üçün işlərə start verilib: “Bildiyiniz kimi, bu il iyunun 4-dən tender elan olunub və hələ də davam edir. Avtobusların sayı, hansı markadan olması və s. tenderin nəticəsində qalib olmuş şirkət tərəfindən həyata keçiriləcək. Daha 300 müasir və komfortlu, eyni zamanda iritutumlu avtobusların alınması ilə bağlı iş aparılır”. M.Ağayev qeyd edib ki, məqsəd sərnişinlərə təhlükəsiz, keyfiyyətli və şəhərin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin təşkilinə nail olmaqdır.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












